Səudiyyə Ərəbistanı kralı Donald Trampı qızıl ordenlə mükafatlandırıb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səud ABŞ prezidenti Donald Trampı krallığın ən yüksək mülki mükafatı – kral Əbdüləziz ordeni ilə təltif edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidenti kral sarayında qəbul zamanı ordenlə təltif olunub.

Bundan əvvləl kral Salman Trampın səfərinin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə adlandırıb.

Xatırladaq ki, Tramp bu gün ilk dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Ər-Riyad səfərindən sonra ABŞ prezidenti İsrail və Vatikana səfər edəcək, daha sonra isə Brüsseldə NATO sammitində və Siciliyada G-7 liderlərinin görüşündə iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR