Səudiyyə Ərəbistanının iqtisadiyyat nazirinin müavini: “Merkel “bütün Səudiyyə qadınları üçün örnəkdir”

Səudiyyə Ərəbistanının iqtisadiyyat nazirinin müavini Məhəmməd əl-Tuvayri Almaniya kansleri Angela Merkeli “bütün Səudiyyə qadınları üçün örnək” adlandırıb.

“Report” “Deutsche Welle”ə istinadən xəbər verir ki, o, həmçinin Merkelin “özünə məxsus ulduz” olduğunu bildirib.

Əl-Tuvayrinin fikrincə, kansler karyerasında əldə etdiyi nailiyyətləri və öz dəyərləri ilə rəhbər vəzifələrdə çalışan qadınları, həmçinin gələcəkdə bu səviyyəyə qalxmağı arzu edən qızları ruhlandırır.

Bundan əvvəl Almaniya çadra taxmağa qismən qadağanı təsdiq edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR