SSRİ-nin tanınmış idman şərhçisi Vladimir Pereturin vəfat edib

Məşhur idman şərhçisi və jurnalist Vladimir Pereturin 79 yaşında vəfat edib.

APA-nın məlumatna görə, bu barədə “R-Sport” agentliyinə şərhçinin dostları xəbər veriblər.

Qeyd edək ki, V. Pereturin “Futbol icmalı” televiziya verilişinin aparıcısı olub, futbol üzrə SSRİ çempionatının oyunlarını və digər idman yarışlarının canlı yayımda şərh edib.

V. Pereturin son illər yataq xəstəsi olub. O bir neçə dəfə insult keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR