Tanınmış teleaparıcı efirdə mahnı oxudu – VİDEO

ARB TV-nin “Gəlin danışaq” proqramının növbəti qonağı tanınmış teleaparıcı Leyla Əliyeva olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən teleaparıcı, bakalavr və magistr təhsilini xor-drijorluq üzrə bitirdiyini bildirib.

Uşaqlıqdan musiqiyə həvəsi olduğunu söyləyən Leyla xanım, proqramın aparıcısı Zümrüd Qasımovanın təkidi ilə “Qurban adına” mahnısını ifa edib:

“Hərdən bir “Eurovision” seçimləri vaxtı biz oxuyurduq. Hansısa iştirakçı gəlir baxırsan ki sənin ürəyindən gələn mahnını oxuyur. Çıxırdıq səhnəyə və mən onunla bir-iki ağız nəsə ifa edirdim. Amma aparıcı olduqdan sonra bunu etməkdən çəkinmişəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR