Tarixi imza bu gün atılacaq – Suriya ərazisi 4 hissəyə bölünür

Rusiya, İran və Türkiyə Suriyada de-eskalasiya zonaları haqqında memorandumun bəndləri üzrə konsensusa gəliblər. Bu barədə TASS-a danışıqlara yaxın mənbədlən bildirilib.
“Suriyada sülhün təminatçısı ölkələr memorandumun bəndləri üzrə konsenusa gəliblər. Sənədlər üzərində iş başa çatır”, – deyə o bildirib
Sənədin mayın 4-də plenar iclasda imzalanması gözlənilir. Suriya hökuməti gərjinliyin azalması üçün belə zonaların yaradılmasını dəstəkləyib və atəşkəs rejiminə sadiqliyin təsdiqləyib.
Mənbə həmçinin bildirib ki, Astana formatında Suriya üzrə növbəti görüş bir aydan sonra – iyunun əvvəlində keçirilə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR