Timati erməniləri məyus etdi – VİDEO

Rusiyalı reper Timati İrəvanda keçirilən konsertdə çıxış etməyib. AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Timati, L’One, Mot və Kristina Si (Sarkisyan) mayın 12-də İrəvanda Karen Dəmirçyan adına idman konsert kompleksində çıxış etməli olsa da, alınmayıb.

“Əziz dostlar, İrəvan, çox təəssüflər olsun ki, mən böyük ləngimilərə, səhnə limitinin keçilməsinə görə, həmçinin bütün qurğuların suyun altında olmasına görə səhnəyə çıxa bilmədim”, – deyə Timati bildirib.

“Mənim İrəvanda konsertim təxirə salınmayıb, başqa vaxta keçirilib”, – deyə Timati vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR