Tramp Avropaya dalaşmaq üçün gəlibmiş

ABŞ liderinin prezidentliyə namizəd olduğu vaxt qoca qitənin liderlərinə olan münasibəti, deyəsən, heç dəyişməyib

NATO ölkələrinin və “Böyük 7-lik” liderlərinin sammitindən sonra Almaniya kansleri maraqlı bəyanatla çıxış edib.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, o, ABŞ prezidenti Donald Trampla görüşdən sonra artıq belə bir qənaətə gəldiyini söyləyib.

“Biz avropalılar artıq taleyimizi öz əlimizə almalıyıq. Bizim başqalarına güvənərək hərəkət etdiymiz vaxtlar artıq çoxdan keçib”, – Merkel bildirib.

Almaniya kanslerini bu qənaətə gəlməyə əsas səbəb NATO və G7 ölkələrinin son zirvə toplantıları olub.

Xatırladaq ki, əvvəlki illərdən fərqli olaraq ABŞ, daha doğrusu, onun yeni rəhbərliyi, demək olar ki, bütün məsələlərdə öz müttəfiqləri ilə tamamilə zidd mövqe sərgiləyir. Xüsusilə Donald Trampın təqsiri ucbatından dünya liderləri qlobal istiləşmə ilə mübarizə, Afrikadakı aclığın qarşısının alınması ilə bağlı görüləcək tədbirlər, habelə NATO-nun məsrəfləri məsələsində heç bir razılığa gələ bilməyiblər.

Qeyd olunur ki, Donald Tramp ABŞ-ın İtaliyanın Siqonella bölgəsində yerləşən hərbi bazasında əsgərlər qarşısında çıxış edərkən ultimativ formada NATO üzvlərinin təşkilatın büdcəsinə öz paylarını artırmağı tələb edib.

_gen/derivatives/article_750/trump.jpg” alt=”Картинки по запросу trump Italy sigonella” width=”671″ height=”447″ />

“Qalan üzv ölkələr daha çox ödəməlidirlər. Bu gün əksər məsrəflər ABŞ-ın üzərinə düşüb. Bu isə Amerika və onun vergi ödəyicilərinə qarşı böyük insafsızlıqdır”, – Tramp bəyan edib.

Siyasi müşahidəçilərin rəyinə əsasən, Trampın həm Brüsseldəki NATO toplantısında, həm “Böyük 7-lik” zirvəsində söylədiyi fikirlər onun əslində dünya siyasətinə əvvəlcədən formalaşan baxışını əks etdirir.

Tramp heç vaxt Avropa və onun liderlərinə qarşı ikrah dolu münasibətini gizlətməyib.

Məsələn, o, hələ namizədliyini yenicə irəli sürdüyü vaxtlarda, 2015-ci ilin noyabrında Brüssel şəhərini “şeytan dəliyi” adlandırmışdı.
Həmin vaxt Fox Tv kanalına müsahibə verən Tramp şəhər haqqında “Mən 20 il bundan öncə Brüsseldə olmuşam. O vaxtlar hər şey necə də gözəl idi. İndi isə adama elə gəlir ki, sanki şeytan dəliyində yaşayırsan”, – cümləsini işlətmişdi.

Картинки по запросу Trump about Brussels

Həmin dövrdə heç kim Trampın qalib gələ biləcəyinə ciddi yanaşmadığı üçün onun bu sözləri yalnız əyləncə proqramlarında məsxərə mövzusuna çevrilmişdi.

Həmin ilin dekabrında isə Tramp bu günlərdə bir-bir görüşdüyü Avropa liderlərini kollektiv şəkildə terrorla mübarizədə zəiflik nümayiş etdirdiyini söyləyib, onları “əfəl” adlandırmışdı.

Bundan başqa, Tramp Avropa Birliyinin varlığına həmişə şübhə ilə yanaşıb.

ABŞ prezidenti Breksiti ilk alqışlayan siyasətçilərdən biri olaraq onu britaniyalıların fantastik qələbəsi olaraq qələmə vermişdi.
“AB həm də ABŞ-a ticarət müharibəsində qalib gəlmək üçün yaradılıb, elə deyilmi? Buna görə mənim onların hamısının bir yerdə olub-olmaması vecimə də deyil”, – Trampın yanvar ayında The Times qəzetinə verdiyi müsahibəsində bu cümlələr keçmişdi.

ABŞ prezidentinin Almaniya kansleri Angela Merkeldən zəhləsi getdiyini prezident olmazdan öncə verdiyi müsahibələrdən də görmək olar. Məsələn, Donald Tramp 2015-ci ildə Merkeli “İlin adamı” seçən Time jurnalına tvitterdə aşağıdakı sözlərlə hiddətini ifadə edirdi, “Onlar Almaniyanı dağıdan insanı ilin adamı seçirlər”.

Tramp Hillari Klintonu tənqid edən çıxışlarında onu Amerikanın Merkeli adlandırmışdı. Bundan başqa, Donald Trampın Merkel Almaniyasını əsl xaos olaraq təsvir edən tvitləri də mövcuddur. ABŞ prezidentinin Ağ Evdə Almaniya kansleri ilə görüşdə nümayişkaranə sirətdə əlini sıxmaqdan imtina etməsi isə hər kəsin yadındadır.

Картинки по запросу Trump  Merkel make chaos in Germany

Trampın digər hörmətsiz münasibət göstərdiyi adam Fransanın yeni prezidenti Emmanuel Makrondur.

Ağ Evin rəhbəri heç vaxt Makronun seçkilərdəki əsas rəqibi Marin Le Penə simpatiyasını gizlətməyib. Hətta seçkilərə bir neçə gün qalmış o, Le Penə Fransanın ən güclü siyasətçisi olaraq yanaşdığını bildirb.

Qeyd edək ki, Trampın tvitlərindən ABŞ-ın ən yaxın müttəfiqi sayılan britaniyalılar da nəsibini alıb.

O, britaniyalıların müsəlmanlara qarşı mübarizədə geridə qaldığını bildirərək 2015-ci ilin dekabrında bunları yazmışdı: “Böyük Britaniya özünün böyük müsəlman problemini gizlətmək üçün əlindən gələni edur. Londonda indi elə rayonlar var ki, hətta polislər belə həyatlarına yönəlik təhlükələrdən qorxurlar”.

Doğrudur, həmin vaxtda ingilislər də söz altda qalmamışdılar. Londonun keçmiş meri, Britaniyanın indiki xarici işlər naziri Boris Conson cavab tvitində “Londondakı cinayətkarlıq Nyu-York qədər azalıb. Lakin mənim Nyu-Yorkun bəzi rayonlarına getməmək səbəblərindən biri də orada Tramp kimi adamla qarşılaşmaq ehtimalıdır”.

Картинки по запросу boris johnson Trump  New York tweet

Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR