Tramp: Bu, Rusiyanı ürəkdən güldürdü

Rusiya müdaxiləsi ABŞ-ı param-parça edib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Keçən il reallaşan prezident seçkilərinə Rusiya müdaxiləsi və sonda demokratların seçkidə məğlub olması ilə ABŞ-ın param-parça olması haqda iddialar yəgin ki, Rusiyanı ürəkdən güldürüb”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, Amerika kəşfiyyatının əməkdaşları keçən il ölkədə keçirilmiş prezident seçkilərində Rusiyanın Trampa qalib gəlməsi üçün kömək etdiyini iddia edirdilər. İttihamlara görə, kiber hücumların köməyi ilə demokratların namizədi Hillari Klinton və onun partiyası diskreditasiya olunub. Bu isə Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə həyata keçirilib.

Lakin irəli sürülmüş bu iddia sübuta yetirilməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR