Tramp İranı təcrid vəziyyətində saxlamağa çağırıb

Ərəb-İslam-Amerika Sammitində ABŞ prezidenti Donald Tramp bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb.

Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp deyib ki, bütün ölkələr və dünya xalqları İran hökuməti sülh yolu ilə hərəkət etməyə başlayana qədər bu ölkəni təcrid etmək üçün səylərini birləşdirməlidir.

Qeyd edək ki, D. Tramp dünən Səudiyyə Ərəbistanına gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR