Tramp xəbərdarlıq etdi: Milyonlarla insan ölə bilər

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramını dayandırmayacağı təqdirdə ölkəyə hərbi müdaxilə ehtimalını istisna etməyib. Ağ Ev rəhbəri həmçinin KXDR-ə qarşı böyük müharibədə milyonlarla insanın ölmək ehtimalının da olduğunu deyib.

Amerikanın “CBS” televiziyasına müsahibədə prezidentlik müddətinin 100-cü gününü dəyərləndirən Donald Tramp bildirib ki, Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi ölkəsini narahat edir. Tramp ona ünvanlanan “Bu, hərbi müdaxilə anlamına gəlirmi?” sualına isə “Bilmirəm. Görəcəyik”,-deyə cavab verib./faktxəbər

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR