Trampın keçmiş rəqibi: “Onun ən böyük problemi Tvitterdir”

ABŞ prezidenti Donald Trampın keçmiş rəqibi Rik Santorum Tramp administrasiyası və onun iş prinsipi barədə bəyanat səsləndirib.
Santorumun sözlərinə əsasən, prezident Tvitterdə bütün günü yazı yazmaqdan əl çəksə, administrasiya normal işləyə bilər. Rik Santorum da “Respublikaçılar” partiyasından prezidentliyə namizəd olmağa iddialı idi.
Santorum deyib: “Sən bütün günü tvitter yazanda, KİV-dən şikayət edəndə, özünə qarşı münasibətdən şikayət edəndə, normal işləmək üçün vaxtın qalmır”.
Rik həm də əlavə edib ki, Tramp xarici səfəri zamanı sosial şəbəkədə heç nə yazmayıb. Bu isə onun normal işləyə biləcəyini göstərir./olke.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR