Trampla bağlı gizli məlumatlar Konqresə göndərildi

ABŞ Maliyyə Nazirliyi Trampın Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün məlumatları Konqresə göndərib.

Sənədlər nazirliyin maliyyə kəşfiyyatı xidmətindən (FİNCEN) Konqresin hər iki palatasının kəşfiyyat üzrə komitəsinə daxil olub.

Qeyd edək ki, FİNCEN maliyyə axınları və “pulların yuyulması” sxeminin monitorinqi ilə məşğul olur.

Bu qurum bütün dünyada banklardan informasiya toplayır.

“Maliyyə sənədlərinin və tranzaksiyaların öyrənilməsi Trampın Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün olduqca vacibdir”, – Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü, demokrat Adam Şiff CNN-ə bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR