Türkiyə ABŞ-a müharibə elan edə bilər? – Baş nazir açıqladı / VİDEO

Türkiyə baş naziri Binəli Yıldırım, “ABŞ-a PKK-nın Suriyadakı qolu hesab edilən YPG-yə silah-sursat satdığına görə müharibə elan etməyəcəyik” deyə açıqlama verib.

Metbuat.az xəbər verir ki, baş nazir bu sözləri Londondakı konfransı zamanı deyib:

“YPG-yə silah-sursat satışının doğru addım olmadığını ABŞ-a bildirmişik. ABŞ tərəfi bu addımın Raqqada İŞİD-lə mübarizə üçün atıldığını desə də, heç bir müsbət dəyişiklik baş verməyəcək. Adının PKK, YPG, PYD olmasından asılı olmayaraq, Türkiyə bütün terrorçu qruplaşmalara qarşı mübarizə aparır və aparacaq. Məsələ Rəcəb Tayyib Ərdoğanın 16 may ABŞ səfəri zamanı Trampla ciddi şəkildə müzakirə ediləcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR