Türkiyədə suriyalılardan ibarət 10 minlik ordu qurulur

Türkiyə Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatlarda istifadə edilməsi və təhlükəsizlik bölgəsinin qurulması üçün suriyalılardan təşkil olunacaq 10 min nəfərlik ordu qurur.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin hökumətə yaxın “Yeni akit” qəzeti məlumat yayıb.

Məlumata görə, 10 min nəfərlik ordu Azad Suriya Ordusunun bazasında qurulacaq.

Türkiyənin eyni zamanda Cerablusdan İdlibə qədər olan bölgədə təhlükəsizlik bölgəsi yaratmaq istədiyi və bunun üçün ASO-nu gücləndirəcəyi iddia edilir.

Qısa müddət ərzində terror təşkilatı PKK/YPG-yə qarşı quru və hava əməliyyatı başladacağı iddia olunan xəbərdə, Türkiyənin quru əməliyyatda 10 minlik ordudan istifadə edəcəyi bildirilir.

Suriyalılardan ibarət olan 10 minlik ordunun gələcəkdə tərkibinin artırılacağı da qeyd olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR