Türkiyənin ən böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı – VİDEO

28 may – Respublika Günündə İstanbul boğazında tarixi an yaşanıb.

Belə ki, Türkiyə vaxtı ilə saat 20:35-də ışıqları yandırılan körpüdə hava qaraldıqca möhtəşəm görüntü ortaya çıxıb. 29 illik tarixi olan körpü mavi, qırmızı və yaşıl rənglə işıqlandırılıb.
ARB TV həmin anları xüsusi reportajla ekrana gətirib.
1988-ci il də istifadəyə verilən və 1,5 kilometr uzunluğunda olan körpünü istanbulun ən gözəl məkanlarından açıq aydın izləmək mümkündür. Hər gecə qırmızı rəngə boyanan körpünün ilk dəfə fərqli formada işıqlandırılması yerli sakinlərdə də maraq yaradıb.
Körpünün yaxınlığına gələn Azərbaycan və türkiyə vətəndaşları əllərində ölkəmizin bayrağını tutaraq xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bu hadisə Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Fatih Sultan Mehmet Körpüsünün işıqlandırılması bütün gecə boyu davam edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR