Türkiyə səhəri bu dəhşətli xəbərlə açdı – Onu, həyat yoldaşını və qızını güllələdilər – VİDEO

Qız istəməyə gələn oğlan 5 nəfəri öldürdü, sonra da intihar etdi.
Dəhşətli hadisə Türkiyənin Adana şəhərində baş verib.
Adananın Seyhan mahalında təqaüdə çıxan vali müaviniİsmet Metinin evindəki qız istəmə mərasimi zamanı faciə baş verib.
Ailələr arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən bəy namizəd 5 nəfəri öldürüb, sonra da intihar edib.
Silah səslərini eşidənlər polisə xəbər veriblər. Onlar hadisə yerinə gəldikdə evdə 3-ü qadın olmaqla, 6 meyittapıblar.
Ölənlərdən biri yataq otağında tapılıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR