Türkmənistan baş nazirinin müavini özünü asaraq intihar edib

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Yereşov 52 yaşında ölüb.

Azvision.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, Yereşov özünü asaraq intihar edib.

Qeyd edək ki, Batır Yereşov Türkmənistanda sənaye sahəsinə nəzarət edib. Ehtimal olunur ki, onun adı Türkmənistanda korrupsiya ilə bağlı başlanan cinayət işlərindən birində hallanır. Oğlu isə aprelin sonlarında həbs olunub.

Yereşov Buxara vilayətində ailə qəbiristanlığında dəfn olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR