“Tut yeyirdim, elə bildim tikan batdı” – İlan 2 nəfəri sancdı – VİDEO

Havaların isinməsi sahələrdə sürünənlərin çoxalması ilə müşayət olunur. Əsasən əhalinin kənd təsərrüfatı ilə məşğul olan qismi ilanlardan əziyyət çəkir.

ARB 24 xəbər verir ki, belə hadisələrdən biri Goranboyda baş verib. İlan iki nəfəri sancıb.

Əmiraslan Ağayev (zərərçəkən): “Elə bildim ayağıma tikan batıb. Baxdım ki, ilandı. Soyundum gördüm qan axır. Mən onu ayaqlamışdım deyə, sancmışdı. Batinkanı da deşmişdi”.

İlanın hücumuna məruz qalan digər zərərçəkmiş 28 yaşlı Falid Hüseynovdur. Onu ilan ağacda tut dərərkən sancıb.

Alid Hüseynov (zərərçəkən): “Getdim ki, bir az tut yeyim. Ağaca çıxanda əlimi sancdı”.

Son bir həftədə ilansancmadan 6 nəfər zərər çəkib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR