Yasamalda 32 yaşlı qadın qətlə yetirilib

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.

“Report” xəbər verir ki, Haqverdiyev küçəsində yerləşən evlərin birində yaşayan 1985-ci il təvəllüdlü Məsimova Nigar Arif qızı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR