Yaxınları “Hacı Beyləqanski” barəsində Rusiya mediasında yayılan məlumatları təkzib edir – Eksklüziv

Kriminal avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə baş verən hesablaşmalarla bağlı son zamanlar həm Azərbaycan, həm də Rusiya mediasında çoxsaylı məlumatlar yayılmaqdadır.

Bir qədər əvvəl musavat.com saytında “Hacı Beyləqanski” ləqəbli avtoritet barəsində yazı dərc olunub. Yazıda kriminal avtoritetlər arasında yeni baş qaldıran hesablaşmalar, eləcə də “Hacı”ya qarşı ittihamlar, onunla avtoritet Cecaya arasında telefon danışıqları və həmçinin ona qarşı olan ittihamlar yer alıb. Məqalədə “Şeyx Həmzət” adlı avtoritetin Hacını Rövşənin xatirəsi satmaqda ittiham etdiyi, onu “Quli” yə tərəf keçməkdə günahlandırdığı qeyd olunurdu. Eyni zamanda Rusiya mediasının kriminal avtoritetə “Quli” klanı tərəfindən zirehli maşın və 30 min dollarlıq saat bağışlandığı bildirilirdi.

Ancaq bu yazının yayılmasından sonra musavat.com-a Moskvadakı mənbələrdən verilən məlumatda Rusiya mediasında gedən məlumatın həqiqət olmadığı bildirilib. Bəhs olunan telefon danışığının və rəqib klanın Hacıya maşın və saat bağışlaması ilə bağlı məlumatların doğru olmadığı da məlumatda xüsusi vurğulanır. İddia olunur ki, bu tip məlumatlar rəqib qruplar tərəfindən ortaya atılmış gözdən salma xarakteri daşıyan yalan məlumatlardır. Adı keçən danışıq və hədiyələr haqda məlumatlar həqiqəti əks etdirmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR