Yeni mobil telefon buraxıldı – cəmi 8 ədəd

“Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini təqdim edib.
AZƏRTAC xəbər verir ki, səkkiz ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar olacaq. Telefonun korpusu bədəni 439 yaqut daşından, gözləri zümrüddən ibarət olan ilan fiquru ilə bəzədilib. Telefon Fransanın “Boucheron” zərgərlik şirkətinin mütəxəssislərinin iştirakı ilə əllə yığılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR