Zbiqnev Bjezinski dünyasını dəyişib

Otuz doqquzuncu ABŞ prezidenti Ceyms Karterin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Mərhumun qızı Mika Bjezinskinin məlumatına görə, atası cümə günü, mayın 26-da Virciniya ştatının Folls-Çerç şəhərinin “Inova Fairfax Hospital” xəstəxanasında vəfat edib.

Bjezinskinin 89 yaşı var idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR