“Ziya Məmmədovun evində olan xidmətçilərin birini ələ almışdım…”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi məmurların özbaşnalığı və müxalifət partiyalarının mövqeyi haqqında danışıb.
Hafiz Hacıyevin çıxışını oxuculara təqdim edirik:
Bütün istehsal sahələrini, hər şeyi hökumət, nazirlər, hökumətin üzvləri həll edirlər. Hökumətin naziri yerində olanda o sahə də inkişaf edir.
Amma bizdə yerində deyil. Bizdə yerində olan adam yoxdur. Hər bir məmur bir–birinə yaxın adamlardır, bir-birinin arvadı ilə padruqadır, bir-birinin qızın alıb. Bunlar faktdır.
Mən ciddi faktlarla danışdığıma görə müəyyən adamlar tərəfindən basqılar edilir. Bunların hamısı ona görədir ki, dövlət başçısına sadiq olan adam yoxdur.
Nazirlər hamısı bir-birinə qohumudur. Öz mənafeləri üçün o bunu xahiş edir bu onu.
Gördünüz də MTN-də nələr baş verdi. Azərbaycanın şah damarı, qan damarı olan nazirliyində nələr baş verdi?!
İndi mən saytlarda oxuyuram ki,iş adamları 50 milyon pulu apardım ona verdim, buna verdim.
Axı niyə belə olmalıdır?
Prezident gedib Müdafiə Nazirliyində, Maliyyə Nazirliyində oturası deyil ki. Onda nəyə lazımdır Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi!? Dövlət başçısı yalnız sərəncam verir ki, bu icra olunmalıdır.
Ona necə əməl olunur. O, artıq məmurların öz işləridir. Ona görə də, hər şeyə hökumət cavabdehdir. Hökümət də bu gün yox dərəcəsindədir, işləyəni yoxdur.
Hökumətlə dövləti qarışdırmaq olmaz. Dövlət Azərbaycan dövlətidir. Hökumətdə isə bəzi rüşvətxor məmurlar var.
Azərbaycan dövlətinin büdccəsi bu cür adamlara görə dağılıb gedir. Nazirlərin çoxusu bu dövlətə borcludurlar. Niyə onlar həbs edilməyiblər, niyə? Məsələ budur. Ona görə də, Hafiz Hacıyev mübarizə aparır ki, xalq haqqını tələb etsin.
Xalq o rüşvətxor məmutlardan tələb etməlidir.
Məmur təbəqəsi harınlamış təbəqədir. Prezident dəfələrlə deyib ki, məmur təbəqəsi sadə olmalıdır, ictimai nəzarət gücləndirilməlidir.
Bəs ictimayiətə nəzarəti kim etməlidir? Mən bunları deyəndə pis adam pis adam.
14-16 yaşında nazir qohumu bir ananı vurur, bu dərəbəlik deyil bəs nədir? Bu gün vəziyyət elə gətirib ki, məmur təbəqəsi ölkəni nüfuzdan salıb.
Onların hər hansı bir nöqsanı olanda deyirlər dövlət başçısı hara baxır. Bəs niyə demirlər Dövlət Müdafiə orqanları hara baxır? Deməli, bunlar da təbəqələrə bölünüb.
Prezident dəfələrlə deyib ki, məmur təbəqəsi xalqa xidmət etməlidir. Deməyib ki, məmur təbəqəsi Azərbaycan dövlətinin sərvətlərini talamalıdır.
Məmur övladları təyyarəyə maşınlarını qoyub Dubaya aparırlar. Baxın bu məsələlərin hamısı məni narahat edir.
Üç dəfə prezidentliyə namizəd olmuşam. Xalqın sevgisini qazanan partiya rəhbəri kimi xalqdan mənə şikayət məktubları gəlir. Sizə göstərə bilərəm. Bu məktubların hamısı məmurların özbaşnalıqlarından bəhs edir.
Bizim partiya üzvləri rayonlarda da fəaliyyət göstərirlər və bizə gündəlik məlumatlar verirlər. Rayonlarda fəaliyyət göstərən icra orqanları, təhlükəsizlik orqanları hamısı bizə məlumat verirlər.
Bunların hamısı bir–birinə bağlıdır. Məlumatlar uyğun gəlməyəndə biz dördüncü və ya beşinci tərəf kimi məlumat veririk. Mən həmişə qardaşıma düzgün məlmat çatdırıram.
Ziya Məmmədovun etdiyi qanunauyğunsuzluqları mən 8 aya sübut etmişəm.
O, evinin xidmətçisinə aya 5000 manat maaş verir. Evində olan xidmətçlərin birini ələ almışdım. Bizə gəlib məlumatlar verirdi, şəkillər çəkirdi. Ziya Məmmədovun özü gedirdi saunada çimirdi, özündən sonra oğlu başqa xanımla gəlirdi. Videoları var, əxlaqsızlıq yuvası açmışdı. Orada işləyən xadimələr bizlə yaxın əməkdaşlıq edirdilər.
Müxalifətdəki partiya üzvlərinin hamısı satılmış adamlardır.İndi bizə deyin müxalifətdəkilər hansı müxalifətdən danışırlar?
Müxalitət liderləri kimi xarici ölkələrdən qrantlar almıram. Xalqın yanında da başım ucadır.(analoq.az)

  DİGƏR XƏBƏRLƏR