10 ildə dövlət qulluğuna qəbul olanların sayı açıqlandı

“Azərbaycanda son 10 ildə 6 mindən çox şəxs vakant dövlət qulluğu vəzifələrini tutub”.

Oxu.Az xəbər verir ki, bunu “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B.Xəlilov bildirir ki, həmin vəzifələri tutan insanların 80 faizindən çoxu gənclərdir: “Biz dövlət qulluğuna qəbul üçün əmək stajına olan tələbləri aradan qaldırmışıq. Bununla gənclərə magistratura və doktorantura təhsilindən sonra dövlət qulluğu vəzifələrini tutmaq imkanı yaradılıb”.

Vətəndaşların artıq dövlət qulluğuna inamının artdığını deyən B.Xəlilov qeyd edib ki, son 15 ildə dövlət qulluğuna qəbul üçün müasir sistem yaradılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR