100-dən çox qızı və meyitini zorlayan qatildən QANDONDURAN İFADƏ: “Onu mismarçəkənlə… “

1970-ci illərdə 100-dən çox qadını amansızca qətlə yetirən Rodni Alkala haqqında maraqlı faktlar ortaya çıxıb. ABŞ polisi aparılan araşdırmalarda Rodni Alkalaya aid fotoalbom tapıb. İlkin məlumatlara görə, bu albomda Rodni tərəfindən öldürülən və haqqında bu günə qədər heç bir məlumat olmayan qızların şəkilləri toplanıb.

Turkustan.info Publika.az-a istinadən 2010-cu ildən bəri edam olunmağı gözləyən silsilə qətllər törətmiş Rodni Alkala haqqında qandonduran faktları təqdim edir:

Rodni Alkala ilk olaraq 1968-ci ildə 8 yaşlı bir qıza təcavüz edib. Təcavüz etdikdən sonra qızın saçlarını və kirpiklərini yolan Rodni cəsədi meşə kənarında bir quyuya atıb. Polis qızın cəsədini tapana qədər saxta sənədlərlə adını dəyişən Rodni ölkədən qaçıb.

O, öz qurbanlarına fotoqraf kimi yaxınlaşıb. Gözəl və gənc qadınlara pulsuz fotosessiya təklif edən Rodni onları şəkillərini çəkdikdən sonra öldürürdü.

Aşkarlanan albomda ən az 4 nəfər qızın itkin düşdüyünə dair məlumatlar əldə olunub. Polis bu qızların hələ də həyatda olduğu ehtimalını göz önündə tutaraq onların şəkillərini mətbuata verib.

Rodni 100-dən çox qadının ölümündə təqsirkar bilinir. O, bununla ABŞ-da ən böyük və qatı cinayətlərin müəllifi olan amerikalı Ted Bundeyi də geridə qoyub.

Amerika məhkəməsinə təqdim olunan dəlillər Rodninin qurbanlarını hansı şəkildə öldürdüyünə dair dəhşətli fikirlər formalaşdırıb.

Məhkəmədə dindirilən Rodni qurbanlarını gözəl olduqları üçün öldürdüyünü deyib: “Onların şəkillərini çəkib, sonra öldürmüşəm. Qızlardan biri o qədər gözəl idi ki, onun ətini mismar sökmək üçün istifadə edilən küt alətlə qopardırdım. Bir müddətdən sonra huşunu itirdi və öldü. Onları boğurdum. Boğulana yaxın nəfəs almaqlarına imkan verirdim. Bu anı ifadə edə bilmirəm. Onları həyatla ölüm arasındakı incə cizgi ilə tanış edirdim”.

Həvəskar fotoqraf kimi tanınan cinayətkar qurbanlarına öldürməzdən qabaq və sonra günlərcə təcavüz edib.

Cinayətlərini nağıl kimi danışan Rodni hakim tərəfindən susdurulub. Amerika məhkəməsi Rodni Alkalaya ölüm hökmü verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR