26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi – VİDEO

Abu-Dabinin 26 yaşlı şeyxi şəhər sakinlərinə müqəddəs Ramazan ayı şərəfinə qeyri-adi hədiyyə edib.
Oxu.Az xəbər verir ki, şeyx ticarət mərkəzində müştərilərin yarım saat ərzində aldıqları bütün malların ödənişini edib. Şəhərin ən iri hipermarketi yarım saat ərzində alıcılar üçün pulsuz malların anbarına çevrilib. Bütün məsrəfləri şeyx öz fondundan ödəməyi vəd edib.
Bu xəbər müştərilər arasında ajiotaja səbəb olub, qadınlar geyim və kosmetika, kişilər isə texnika və elektronik cihazlar bölmələrinə üz tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR