ABŞ məhv olacaq,dünyanı bu ölkələr idarə edəcək-QORXUNC PROQNOZ

Hələ orta əsrlərdən etibarən, bir çox dövlətlər öngörücülərdən, münəccimlərdən dünyanın gələcəyi barəsində öyrənməyə  çalışıblar. Şərq ölkələrindəki şah saraylarında münəccimlərin saxlanıldığını hamımız bilirik. Qərbdə isə bu tamam fərqli idi. Qərb dünyasında bu işi keşişlər həyata keçirirdilər. O keşişlərdən biri də Briyaniya sarayındakı Hildeqar Bilgen idi. Onun yaxın zamanda yaşananlar barəsində dediklərinin əksəriyyəti sonradan öz təsdiqini tapmışdı. Lakin uzaq 1776-cı il, yəni ABŞ-ın yaranması və onun əsrlərdən sonra bütün dünyaya ağalıq edəcəyi haqqında söylədikləri daha heyrətamizdir. 
Bilgenin bu barədəki proqnozunu təqdim edirik:
XI əsrdə yaşayan Hildeqar Bilgen uzun əsrlərdən sonra dünyada yeni bir dövlətin yaranacağını və uzun müddət əsas söz sahibi olacağını demişdi. Araşdırmaçılar onun proqnozunun ABŞ-la bağlı olduğunu yekdilliklə qəbul edirlər. Görücü daha sonra uzun əsrlər boyu dünyaya ağalıq edən həmin dövlətin heç kəsin gözləmədiyi bir anda məhv olacağını da əlavə edir. Onun gümanlarına əsasən, ABŞ dəhşətli təbiət hadisələri, daşqınlar, okeanlarda baş verən tektonik hadisələr nəticəsində məhv olacaq.
Hildeqard ABŞ-ın məhvindən sonra dünyada yenidən sülhün pərvəriş tapacağını bildirir. Onun sözlərinə görə, fransızlar  dünyaya ağalığı ələ keçirəcək və bütün dünya sülh içində yaşayacaq.(Moderator.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR