ABŞ-ın təyyarədaşıyanları Yapon dənizini tərk etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyanı təlimləri başa vuraraq Yapon dənizini tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı Pentaqon rəsmisinə istinadən məlumat verib.

Pentaqon rəsmisinin sözlərinə görə, “Karl Vinson”  (USS Carl Vinson) və “Ronald Reyqan” (USS Ronald Reagan) üçgünlük hərbi təlimlərdən sonra həmin bölgəni tərk ediblər.

“Karl Vinson” təyyarədaşıyanı Kaliforniyaya yola düşüb. Onu “Nimits” atom təyyarədaşıyanı əvəz edəcək. “Ronald Reyqan” təyyarədaşıyanı isə Yaponiyanın Yokosuka şəhərinə tərəf üzür.

Bununla yanaşı, Pentaqon rəsmisi qeyd edib ki, ABŞ Şimali Koreyanın fəaliyyətini diqqətlə izləməkdə davam edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR