Avropada rouminqə görə ödəniş ləğv olundu

İyunun 15-dən etibarən Avropa İttifaqı ölkələrində mobil operatorlarının abunəçiləri üçün rouminq pulsuz olacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

“Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha asan edir. Rouminqə görə ödənişin ləğv olunması Avropanın tarixi uğurudur”, – sənəddə bildirilir.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker rouminqə görə ödənişin ləğv edilməsini tarixi hadisə adlandırıb.

“Əlvida, rouminq! Sabah tarixi gündür!”, – Yunker öz Twitter səhifəsində yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR