Avtobusu oğurladı, 40 manata satdı- SUMQAYITDA – YENİLƏNİB

Sumqayıtda oğurladığı avtobusu “metallom”a verən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini Dəyanət Hümbətov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.

Dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlanıldığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.

Polis əməkdaşları həmin avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Aparılan əməliyyat tədbirləri ilə həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə dəvət edilib. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardıqlarını bildirib.

Həmin məntəqədə olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.

Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. T.Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

***

12:50

Bakıda və Sumqayıtda avtomobil və velosiped oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 13-də saat 23 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini Baloğlan Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. İyunun 14-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülən tədbirlərlə avtomobil Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onu idarə edən paytaxt sakini Əli Cəfərovla birgə Xətai RPİ 37-ci PB-yə təhvil verilib.

Suraxanı RPİ 32-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 19-da və 26-da rayon ərazisində Bakı şəhər sakinləri olan iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Xəyal Bayramov tutulub.

İyunun 12-də Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindən şəhər sakini Dəyanət Hümbətova məxsus, üzərində mühərriki olmayan təmirə qoyulmuş “KİA” markalı mikroavtobus oğurlanıb. Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Tural Hüseynov tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR