Azərbaycanda 88 yaşlı kişi həyat yoldaşından boşanır: Arvadını qısqandığı üçün – VİDEO

Azərbaycanda 88 yaşlı kişi həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Xəzər TV-nin xəbərinə əsasən, bu barədə kişinin həyat yoldaşının vəkili Asif Abdullayev məlumat verib.

Onun sözlərinə görə qadın kişidən bir neçə yaş kiçikdir.

Ehtimal var ki, kişi ahıl yaşında yenidən ailə qurmaq istəyir. O, hətta həyat yoldaşını mənzil hüququndan məhrum etmək istəyir.

Ən maraqlısı isə budur ki, kişi guya arvadını qısqandığı üçün boşanmaq qərarına gəlib.

Psixoloq Elnur Rüstəmov deyir ki, yaşlı cütlüklərin boşanması istənilən halda cəmiyyət üçün mənfi örnəkdir.

Psixoloqun fikrincə, belə şəxslərin ailə üzvləri də boşanmaya görə mənəvi məsuliyyət daşıyır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR