Azərbaycanda dəhşət: Orta məktəbdə meyit tapılıb

Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib.

Qafqaznews lent.az-a istinadən xəbər verir ki, Lənkəran şəhəri, Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub.

Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, intihar edən A.Məhhərrəmov rayonun Mamusda kəndində yaşayırmış. 51 yaşlı gözətçinin son vaxtlar maddi sıxıntılar keçirdiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR