Azərbaycanda FACİƏ: Məktəbin qabağında uşağı öldürdü – VİDEO

Zaqatalada baş verən yol qəzasında 8 yaşlı məktəbli dünyasını dəyişib.

ARB Şəki xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Zaqatala sakini, 38 yaşlı Rəşad Zakirov Mersedes markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən ikinci sinif şagirdi, Aşağı Tala kənd sakini İsmayıl Şirdanovu vurub.

Hadisəni törədən şəxs təcili uşağı götürərək Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR