Azərbaycanda şok olay: BENZİN ÇAY KİMİ AXDI, SAKİNLƏR İSƏ QABLARA DOLDURURLAR (VİDEO)

Sosial şəbəkədə yanacaq daşıyan yük maşınından benzin götürən insanlar hər kəsin heyrətinə səbəb olub.
Gununsesi.info missiya-ya istinadən xəbər verir ki, videonun Azərbaycanın qərb bölgəsində çəkildiyi ehtimal edilir.
Görüntülərdə tonlarla benzin daşıyan yük maşınından yanacağın yerə töküldüyü öz əksini tapıb.
Yerli sakinlər isə bundan istifadə edir və heç bir təhlükəsizlik tədbiri görmədən yerə axan benzini qablara doldururlar.
Hətta sakinlər bir-birilərinə siqaret yandırmamaq barədə xəbərdarlıq da edirlər. Çənin niyə deşildiyi məlum deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR