“Azan səsi eşitmək istəmirəm” deyən QHT rəhbərindən açıqlama

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai birliyinin rəhbəri Bəxtimşah Tağıyeva şəxsi “Facebook” hesabında paylaşdığı statusla gündəmə gəlib. Statusunda “Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarımxəstə etməlidirlər ki? Uşaq yatızdırmaq asandır bəyəm?” sözlərini paylaşan QHT rəhbəri oxucuların və medianın qınaq obyektinə çevrilib.

“Qaynarinfo” məsələyə aydınlıq gətirmək üçün Bəxtimşah Tağıyeva ilə əlaqə saxlayıb. QHT rəhbəri açıqlamasında yazdığı statusu təkzib etdi:
“O statusu mən paylaşmamışam. Biz tədbirdə olmuşuq. “Facebook” hesabım isə kompyuterdə açıq qalıb. Kimsə mənim adımdan yazıb. Xəbərim olmayıb. Yəni, bu fikirlər mənə aid deyil”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR