Bakı-Sumqayıt yolunda ağır qəza – FOTO

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qafqaznews APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Tofaş” markalı, 10-CD-426 dövlət nömrə nişanlı və “Toyota-Avalon” markalı, 50-DS-002 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, “Tofaş” markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb.



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR