Bakıda itkin düşən 9 yaşlı oğlan tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iyunun 9-da itkin düşən rayon sakini, 2008-ci il təvəllüdlü Arda Məmməd oğlu Qurbanlı tapılaraq ailəsinə təhvil verilib.
12.06.2017 (11:48)
Bakıda 9 yaşlı uşaq itkin düşüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsinə rayon sakini, 2008-ci il təvəllüdlü Arda Məmməd oğlu Qurbanlının itkin düşməsi barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.