Bakıda təmiri bitməyən yol – VİDEO

Səbail rayonu, Badamdar qəsəbəsində dağ massivi adlanan ərazidə yol qazıldığından avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Məktəblilər isə çətinliklə üzləşirlər.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, burada boruların çəkilişinə bir neçə aydır başlanılsa da, hələ də işlər bitmək bilmir.

Vətəndaşlara alternativ olaraq qəbiristanlığın içərisindən keçən yoldan hərəkət etmək tövsiyə edilib. Ancaq həmin yolun hazırkı vəziyyəti isə heç də ürəkaçan deyil.

Məsələ ilə bağlı “’Azərsu” ASC-dən bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq gücləndirilmiş iş rejiminə keçiləcək. Layihənin avqust ayında tam başa çatacağı gözlənilir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR