Bakıda üzərində PKK-nın bayrağı və qondarma “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTOLAR

Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.

Qafqaznews  Avropa.info-ya istinadən xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir.

Üzərində “Böyük Kürdüstan” yazılan bu geyimlərdəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir.


 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR