Balıq tutanların nəzərinə: Cərimələr 20 dəfə artırıldı

Azərbaycanda balıq və digər su bioresurslarını qanunsuz tutmağa görə cərimələr 20 dəfə artırılır.

Qafqaznews Trend-ə istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda cərimələr 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR