Bank bir dollara satıldı

İspaniyanın “Banco Santander” bankı öz rəqibi “Banco Popular Espanol”u 1 avroya satın alıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Banco Popular Espanol” son vaxtlar likvidlik problemi ilə üzləşib. Nəticədə bankın səhmləri kəskin ucuzlaşıb.

Bankın problemlərinin həll olunması üçün yeni sahibi 7 mlrd. avro sərmayə yatıracaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR