Banklararası ticarətdə dollar yenidən bahalaşıb

İyun ayının 13-də banklararası ticarətdə dollar yenidən bahalaşıb.

Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6927 manat kursu ilə başlayıb və 1.6938 manata qədər yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,46% dəyər qazanıb.

Qeyd edək ki, iyunun 112-də “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR