Bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.

Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.

Dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR