Bazarda balığın qiyməti ucuzlaşıb – VİDEO

Yay ayında bəzi insanlar balıq yeməyə ehtiyat etsə də, balıq ətini sevənlər üçün fəslin fərqi yoxdur.
Xezerxeber.az-ın məlumat verir ki, yayda təzə balıq tapmaq çətin olduğundan müştərilər də azalır. Bu da balığın qiymətinin aşağı düşməsinə səbəb olur. Ucuz satmaq sərf etmədiyindən bir çox bazarlarda balıq qıtlığı yaranır.
Hazırda xüsusi balıq bazarlarından başqa yerlərdə balıq tapmaq çətindir. Müştərilər də bu səbəbdən belə yerlərə üz tutur.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bazardakı nüməyəndəsi də xəbərdarlıq edir ki, yay fəslində yalnız xüsusi nəzarət olunan yerlərdən balıq alınmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR