Bir nəfər öldü, 5 nəfər reanimasiyaya düşdü – Araq yarışmasında

Rusiyanın Volqodonsk şəhərində rəzil bir yarışma təşkil edilib.

Minion.az İsrail mediasına istinadla xəbər verir ki,”Kim daha çox araq içər” “müsabiqəsi” şəhərdəki “Saveliy” adlı mağazada keçirilib. Yarışmanın şərtlərinə görə müəyyən olunmuş vaxtda daha çox həcmdə araq içən şəxs qalib hesab olunmalı və ona 10 butulka araq verilməli idi. Yarışmada iştirak üçün mağazaya 40-a yaxın əyyaş gəlib. Onlar sink vedrələrdən arağı götürərək başlarına çəkib və üstündən qara çörəklə kolbasa yeyirmişlər.

Bu zaman daha çox içməyə cəhd edənlərdən biri dözməyərək ölüb. Digər 5 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyri-insani yarışmanı təşkil edən mağazanın müdirinə qarşı ehtiyatsızlıqdan adam ölümünə səbəb olma və reklam haqqında qanunun pozulması maddələri ilə cinayət işi açılacağı gözlənilir.
Moderator.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR