Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır – Təcili

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il qərarına əsasən “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilmiş və “Xalq Bank” ASC-nin 1 saylı “Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilib.

MBNP-dan  verilən məlumata görə, Direktorlar Şurasının iclasında “Kapital Bankın”ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən “ASAN Xidmət” Mərkəzində “Masallı” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

“Kapital Bank” ASC-nin “Masallı” şöbəsi “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcək.

İclasda həmçinin, “Xalq Bank” ASC-nin 14 aprel 2017-cı il tarixli müraciəti əsasında 1 saylı “Bilgəh” mübadilə şöbəsinin icazəsi ləğv edilib.

Bank müraciətində əsas səbəb kimi şöbənin fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər müqabilində əldə edilən maliyyə faydasının qeyri-səmərəli olması göstərilib.

Artıq bu qərar “Xalq Bank”ın da lisenziyasının ləğv ediləcəyinə hazırlıq getdiyini deməyə əsas yaradır.

Artıq Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb. Yəni, daha iki bank bağlanıb. Bununla belə “Xalq Bank” da bağlana bilər.

İlk maliyyə böhranından sonra Azərbaycan banklarının problemləri yarandı. Onların dayanıqlığında, likvidikliyi sahəsində, eyni zamanda son 20 ildə həyata keçirilən kredit siyasətinin diversifikasiya edilməməsi kimi nöqsanlar üzə çıxdı.

Bütün bunlar göstərdi ki, Azərbaycanda bank sektoru proseslərə qarşı çox həssasdır və dayanıqlı deyil.

Sözügedən maliyyə təşkilatlarının əksəriyyəti bir nəfərə və ya məmurlara bağlıdır ki, bu da əlavə bir problemdir. Deməli, həmin məmur ətrafında hər hansı bir problem yaranırsa, bankın taleyi sual altına düşür.

Əgər banklar birləşib, güclüləri ortaya çıxacaqsa, onda xarici kapital axınını da təmin etmək asanlaşar. ulus.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR