Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır.

Oxu.Az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.

Qeyd edək ki, cari tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 110638, XI siniflərini 84088 və XII sinifləri 723 şagird bitirir.

Növbəti dərs ilində orta məktəblərin I siniflərinə 164945  şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR