Bu gün “Super Cümə axşamı” kimi tarixə düşə bilər

Avropa Mərkəzi Bankının faiz qərarı, FBI-nın keçmiş sədri Ceyms Komey-in Konqresdəki ifadəsi və İngiltərədəki seçki bu gün bazarların diqqət mərkəzində olacaq. 

“Marja” xəbər verir ki, investorlar bu günə “Super Cümə axşamı” adını veriblər. Bir çox analitiklər isə cümə gününün super olmayacağını deyirlər.
Bu 3 hadisənin bazarlarda necə təsir yaradacağı maraqla gözlənilir.

Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaqdır. Bankın uçot dərəcəsini 0,00%-də saxlayacağı gözlənilir. 16:30-da isə Avropa Mərkəzi Bankının (ECB) mətbuat açıqlaması olacaqdır. Açıqlamanın mətni bazarlarda dalğalanma yarada bilər.
Böyük Britaniyada keçiriləcək seçkidə, sorğulara əsasən,  Tereza Meyin öndə olduğu görünür. Amma İngiltərədəki sorğulara dair daim şübhə olur. Sürpriz nəticə bazarlada aktivliyə səbəb ola bilər.

FBI-ın keçmiş sədri Ceyms Komey-in ifadəsi də gözlənilir. Komeyin ifadələri Dollar, ABŞ istiqraz və səhmlərində volatilliyi artıra bilər.

Bu gün bazarlara təsir edə biləcək mühüm məlumatlar aşağıdakılardır:

Zaman Valyuta                                           Hadisə Proqnoz Əvvəlki
                                                                   08 İyun 2017
03:50 JPY  Ümumi Daxili Məhsul (ÜDM) (rüblük) 0,6% 0,5%
03:50 JPY  Cari Balans (Mövsümi Olaraq Tənzimlənməmiş) 1,699T 2,908T
03:50 JPY  Ümumi Daxili Məhsul (ÜDM) (İllik) 2,4% 2,2%
05:30 AUD  Ticarət Balansı 1,900B 3,107B
07:00 CNY  Ticarət Balansı 47,80B 38,05B
07:00 CNY  İxrac(İllik) 7,0% 8,0%
07:00 CNY  İdxal (İllik) 9,0% 11,9%
09:45 CHF  İşsizlik Nisbəti (Mövsümi Olaraq Tənzimlənmiş) 3,3% 3,3%
09:45 CHF  İşsizlik Nisbəti (Mövsümi Olaraq Tənzimlənməmiş) 3,1% 3,3%
10:00 EUR  Almaniyada Sənaye İstehsalı (Aylıq) 0,5% -0,4%
11:15 CHF  İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (Aylıq) 0,0% 0,2%
12:00 GBP  Böyük Britaniyda seçki    
13:00 EUR  Ümumi Daxili Məhsul (ÜDM) (rüblük) 0,5% 0,5%
13:00 EUR  Ümumi Daxili Məhsul (ÜDM) (İllik) 1,7% 1,7%
15:45 EUR  Faiz Nisbəti Qərarı 0,00% 0,00%
15:45 EUR  Əmanət Hesab Nisbəti -0,40% -0,40%
16:15 CAD  Yeni başlayan tikintilər 205,0K 214,1K
16:30 CAD  Yeni Mənzil Qiymətləri İndeksi (Aylıq) 0,3% 0,2%
16:30 USD  İşsizlik Haqlarından Faydalanma Müraciətləri 241K 248K
16:30 EUR  Avropa Mərkəzi Bankının (ECB) Mətbuat Açıqlaması    
19:15 CAD  Kanada Mərkəzi Bankının (BoC) sədri Polozun Çıxışı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR