Bu video 204 nömrəli marşrutda çəkilib – inanılmaz

Bakıda avtobusda olan basabas elə sərnişinlər tərəfindən telefona çəkilib.

Görüntülər metronun “Koroğlu” stansiyası ilə Ramana kəndi arasında işləyən 204 nömrəli marşrutdandır.

Sərnişinlər deyir ki, günün pik saatlarında bu marşrutla hərəkət edən avtobuslarda belə mənzərə normal hala çevrilib.

Amma görünən odur ki, vətəndaşların qapıdan bu formada sallanaraq getməsi hər an faciəyə səbəb ola bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR