Bütün nazirlər Natiq Əliyevlə vidalaşmağa gəldi – Fotolar

Mərhum nazir Natiq Əliyevlə vida mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib. Rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək.

Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

Qeyd edək ki, N. Əliyev ötən gün Türkiyədə vəfat edib.

***

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və digər səfirlər də mərasimdə iştirak edir.

***

Mərasimə gələnlər arasında “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov və bir sıra iş adamları da var.

***

Baş nazir Artur Rəsizadə başda olmaqla bütün nazirlər mərhumla vidalaşmağa gəliblər.

Murad Əhməd

Fotolar: Nuran, Kamil


























  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR